Audit Bakı, Azərbaycan
Müstəqil rəy sizin biznes haqqında dürüst şəkli göstərir.
Keçmişi təhlil edin - bugünü başa düşün - Gələcəyi qurun
Müstəqil rəy sizin biznes haqqında dürüst şəkli göstərir.
Keçmişi təhlil edin - bugünü başa düşün - Gələcəyi qurun
Şirkət sahiblərin, səhmdarların, top menecerlərİn, işküzar həmkarların, potensial yatırımçıların, dövlət orqanların, ictimai icmaların və başka maraqlı tərəflərİn şirkətin vergi və hüquqi risklərini dəyərləndirmə baxımından keçmiş fəaliyyətləri və cari maliyyə vəziyyəti haqda aydın və tam sübut olunmuş məlumatlarına ehtiyyacları var.
Beynalxalq və yerli mühasibat, audit və hüquqi standardlara əsaslanan 3-cü tərəf müstəqil baxış ilə Audit bu tipli məlumatları ilə təmin edə bilir.
Audit müəyyən bir dövrü əhatə edir, xüsusi əhatə dairəsinə malikdi və bizim təcrübəli heyyət tərəfindən ardıcıl əməliyyatlar vasitəsi ilə həyata keçirilir.
Auditor xidməti haqqında Azərbaycan respublikasının qanununun 3-cü maddəsinə əsasən “Təsərrüfat subyektlərində müqavilə əsasında maliyyə-təsərrüfat fəaliyyəti sahəsində yoxlama, ekspertiza, təhlil aparmaq və yazılı rəy vermək, mühasibat uçotu qurmaq, hesabat göstəricilərinin dürüstlüyünü təsdiq etmək və auditorun peşə fəaliyyətinə (auditor təşkilatının qanunlara əsaslanan funksiyasıdı) uyğun olaraq maliyyə-təsərrüfat münasibətləri sahəsində digər xidmətləri göstərmək auditor xidməti hesab edilir.”
Bizim şirkət maliyyə auditini beynalxalq və yerli standartlar əsasında həyata keçirir.
Audit üzrə beynəlxalq standartlar (İSA) maliyyə məlumatların maliyyə auditini həyata keçirilməsi üçün peşəkar standartlarıdı. Bu standardtlar Beynəlxalq Mühasiblər Federasiyası (İFAC) tərəfindən Beynəlxalq Audit və Sertifikatlaşdırma Standartları Şurası (IAASB) vasitəsi ilə həyata keçirilir.
Beynəlxalq standartlara (İSA) əsaslanan yerli standardların tətbiqi Azərbaycan respublikasının Auditorlar palatası tərəfindən həyata keçirilir.
Bəli, Auditor xidməti haqqında Azərbaycan respublikasının qanununun 91.4 məddəsinə əsasında “Məhdud məsuliyyətli cəmiyyət illik maliyyə hesabatının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Cəmiyyətin illik maliyyə hesabatının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Bu halda auditor yoxlanışı həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparılır. Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir. 91.5. Qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, cəmiyyətin işlərinin aparılması nəticələri haqqında cəmiyyət tərəfindən məlumatların dərc edilməsi (açıq hesabat) tələb olunmur.”
Auditor xidməti haqqında Azərbaycan respublikasının qanununun 464 məddəsinin əsasında “Məcburi auditdən yayınma “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə - vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.”
Auditin əhatə dairəsi:
Auditin əhatə dairəsinin hüquqi tələblər, müəssisənin xüsusiyyətləri, məlumat etibarlığı, düzgün ünsiyyət, qiymətləndirmə, test, müqayisə və qərarvermə kimi bəzi aspektləri vardır.
Planlaşdırma və Risklərin qiymətləndirilməsi:
Audit riskləri və onun ətraf mühiti, hüquqi mühit daxil olmaqla yoxlama planlaşdırması mərhələsinin vacib hissəsidir.
Müştərinin anlaması:
Sektorun, Təşkilatın quruluşun və proseslərin başa düşülməsi auditin düzgün hazırlanmasına kömək edəcəkdir
Audit sübutları:
Auditin icra mərhələsində audit rəyini yaratmaq üçün sübut və faktlar toplanacaqdır
Rəy və Hesabatlar:
Auditin son mərhələsi müştərinin maliyyə vəziyyətini aydın şəklində əks etdirəcəkdi.